Ana səhifə Haqqımızda
about_header_stat_experience_number İl Təcrübə

Xəyalları Reallığa Çeviririk

Azərbaycanda tikinti və dizayn sahəsində təcrübəli komandamızla müştərilərimizin ən böyük layihələrini həyata keçiririk

500+ Layihə
200+ Müştəri
25+ Komanda
Haqqımızda

ALACHIQ GROUP – Memarlıq İrsimizdən Güc Alaraq

ALACHIQ GROUP – 2020-ci ildən etibarən fəaliyyət göstərən memarlıq və dizayn şirkətidir. Memarlıq irsimizdən güc alaraq, estetik və funksional həlləri birləşdirərək keyfiyyətli layihələr təqdim edirik.

"Alaçıq" brendimiz köklərimizə bağlılığın və mədəni irsin simvoludur. Ənənəni müasir memarlıq dili ilə birləşdirərək, hər layihədə yaradıcılıq və funksionallığı qoruyuruq.

Memarlıqda yalnız binalar deyil, hekayələr və dəyərlər inşa edirik. Müştəri məmnuniyyəti bizim üçün prosesin ayrılmaz hissəsidir.

Alachiq Group Komandası
İl Təcrübə
10+ İl Təcrübə
Vizyonumuz

Gələcəyə Baxışımız

Azərbaycanda tikinti sahəsində lider şirkət olmaq və beynəlxalq standartlarda xidmət göstərməklə ölkəmizin inkişafına töhfə vermək əsas məqsədimizdir.
Niyə biz?

Niyə Alachiq Group Seçməlisiniz?

Təcrübəli komandamız, keyfiyyətli materiallar və müasir texnologiyalarla müştərilərimizin ehtiyaclarını ən yüksək səviyyədə qarşılayırıq.
Komandamız

Peşəkar Komandamız

ALACHIQ GROUP – peşəkar memar, dizayner və mühəndislərdən ibarət yaradıcı bir komandadır. Hər bir üzvümüz öz sahəsində təcrübəli, detallara önəm verən və innovativ düşüncəyə malik mütəxəssislərdir.

Komandamızın gücü fərdi bacarıqlardan yox, birlikdə yaratdığımız sinerjidən doğur. Biz inanırıq ki, güclü komanda – uğurlu layihənin əsasını təşkil edir.

Əməkdaşlıq, qarşılıqlı hörmət və davamlı inkişaf prinsipləri ilə çalışırıq.

Tarixçəmiz

Bizim Tariximiz

2020-ci ildə əsası qoyulan ALACHIQ GROUP, kiçik bir dizayn studiyasından, mədəni köklərə bağlı, lakin müasirliyə açıq bir memarlıq şirkətinə çevrildi.

İlk layihələrimizdə sadə interyerlər üzərində çalışsaq da, qısa zamanda daha kompleks və prestijli layihələrə imza atdıq.

Bu illər ərzində həm şəhər daxilində, həm də regionlarda müxtəlif təyinatlı obyektlər üçün memarlıq və dizayn xidmətləri göstərmişik.

Bugün biz yalnız tikililər yox, dəyər yaradan məkanlar inşa edirik.

2020

Şirkətin Əsası

Kiçik dizayn studiyası olaraq fəaliyyətə başladıq

2021

İlk Böyük Layihələr

Kompleks və prestijli layihələrə imza atmağa başladıq

2024

Regional Genişlənmə

Şəhər və regionlarda geniş xidmət şəbəkəsi

Uğurlarımız

Qazandığımız Nailiyyətlər

Onlarla fərdi yaşayış və kommersiya layihəsinin uğurla tamamlanması

Müştəri məmnuniyyətində yüksək göstəricilər

Memarlıq və dizayn sahəsində peşəkar tanınma

Regional və şəhər miqyasında həyata keçirilən ictimai layihələr

"Memarlıq irsimiz" sloqanının brend dəyərinə çevrilməsi

Əməkdaşlıq və Partnyorluq

Bizim Partnyorlarımız

Biz ALACHIQ GROUP olaraq, müxtəlif sahələr üzrə peşəkarlarla və qurumlarla əməkdaşlıq qurmağa açığıq. Tikinti şirkətləri, interyer dizayn studiyaları, fərdi layihə sahibləri və dövlət qurumları ilə qarşılıqlı etimada əsaslanan partnyorluqlar formalaşdırırıq.

Əgər siz də dəyərlərimizə uyğun bir əməkdaşlıq platforması axtarırsınızsa – bizimlə əlaqə saxlayın. Birlikdə daha möhtəşəm işlərə imza ata bilərik.

Layihənizi Birlikdə Həyata Keçirək

13 illik təcrübəmiz və peşəkar komandamızla xəyallarınızı reallığa çevirməyə hazırıq